На главную
Написать нам
Боевики
Детские
Документальные
Драмы
Исторические
Комедии
Криминальные
Мелодрамы
Мистика
Мультфильмы
Приключения
Семейные
Спорт
Триллеры
Ужасы
Фантастика
прикольное видеo
RSS

17.05.2024, 13:03
Bakıda ən bahalı və ən ucuz ''yolka'' neçəyədir?

Жанр категорий: Maraqli

                                                          

Yeni ilin yaxınlaşması ilə əlaqədar paytaxt Bakıda bayram ab-havası duyulmağa başlayıb. Bakıda ilk ən böyük "yolka” dekabr ayının 1-də Neftçilər prospektində qurulub. Onun hündürlüyü 12 metrdir.

Lakin paytaxtda hələ yeni ilin atributları olan şaxta baba və qar qıza rast gəlinmir. Əvəzində "yolka" agacları, oyuncaqlar, hətta oyuncaq şaxta babalar da artıq satışdadır. Özü də istənilən formada və qiymətdə. 5 manatdan başlayan oyuncaq şaxta babaların ən bahalısı 30 manata idi. Əsasən Çin, Türkiyə, Rusiya və Dubaydan gətirilən oyuncaq və yeni il "yolka”larının qiymətləri də müxtəlifdir.

Ən bahali yolka 1520 manatdı

"Yolkaların qiyməti 60 manatdan 800 manata qədərdir. 800 manata olan yolkanın üstündə 40-a qədər oyuncaq var. 800 manata satılan küknar ağacının üstündəki oyuncaqlar əl işidir. Ona görə də baha satılır. Oyuncaqların isə ən ucuzu 20 manat, ən bahalısı 100 manata qədərdir. Bizdə olan oyuncaqlar Türkiyədən və İtaliyadan gətirilir”, - deyə "İçəri şəhər" metrostansiyasının yaxınığında yerləşən mağazanın satıcısı Mürşüd Nağıyev bildirdi.

Qeyd edək ki, mağazada 800 manatlıq "yolka" agacından cəmi iki dənə var idi və satıcının sözlərinə görə, hələlik bu bahalı "yolka"ya alıcı tapılmayıb.

Qeyd edək ki, yeni ilin atributu olan küknar ağaclarının ən ucuzu 10 manatadır. Sözsüz, ən bahalı "yolka”nın qiymətini dəqiq demək mümkün deyil, amma rastlaşdığımız ən bahalı ağac 800 manata satılırdı.

"Biz yeni il oyuncaqlarını və "yolkaları” əsasən Çindən və Dubaydan gətiririk. Ən ucuz satılan yolka 10 manata, ən bahalı ağac isə 90 manatadır. Oyuncaqlar isə 2 manatdan başlayır. Şükür ki, yeni ilə bir aya yaxın vaxt qalmasına baxmayaraq alıcılar çoxdur”, - deyə Dəmir Yolu vağzalının yaxınlığında yerləşən mağazanın satıcısı Kamran Rzayev bildirdi.

Seyr etdiklərimizdən və satıcıların dediklərindən belə məlum oldu ki, paytaxt sakinləri yeni ilə əməlli-başlı hazırlaşır.

"Bəli, biz yeni ilə hazırlaşırıq. Oğlumla birgə bazarlığa çıxmışıq. Onun üçün yolka və oyuncaqlar aldım. Qiymətlərdə artım yoxdur. Keçən il də bu qiymətə idi, indi də. Çalışıram ki, oğlumun istədiyi bütün oyuncaqları alım. Düzdür buna pulum çatmayacaq, amma istəyirəm o xoşbəxt olsun”, - deyə alıcı Kamran Mustafayev qeyd etdi.

Qeyd edək ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Yeni il münasibətilə 5 gün qeyri- iş günü elan olunub.

Посмотреть фильм: Bakıda ən bahalı və ən ucuz ''yolka'' neçəyədir?



    Рейтинг
 (голосов: 0)
Мнений: 0
Просмотров: 807
Автор: Гость
  


    Добавление комментария
Всего комментариев: 0
cript>textCounter(document.getElementById("maxcharfield"),"progressbar1",20)
Имя *:
Email:
Код *:


Регистрация


Самые ожидаемые фильмы
Качество фильмов
Что значит [LINE]?



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0




Видео уроки ucoz